Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:45

Tərtərdə qasırğa: 2 ölü, 3 yaralı


İyunun 24-də axşam saatlarında Tərtər rayonunda qasırğa baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, qasırğa 1,5 saat davam edib.

Qasırğa tələfatla müşayiət olunub. Güclü küləyin ağacı aşırması nəticəsində avtomobillə Tərtər rayonundan keçən iki Bərdə sakini həlak olub, üç nəfər isə yaralanıb. Tərtər rayon Fövqəladə hallar komissiyasının sədri Vidadi Bəylərov ANS PRESS-ə bildirib ki, külək 150-yə yaxın işıq dirəyini aşırıb. Nəticədə rayonun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Bu dəqiqələrədək Tərtər şəhərində işıq yoxdur. Qaz kəmərində də qəza baş verib. Külək çoxlu sayda evin dam örtüyünü uçurub. Hazırda təbii fəlakətin ziyan vurduğu evlərin sayı dəqiqləşdirilir.
XS
SM
MD
LG