ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Dmitri Medvedevin «etibarlı» partnyor olduğunu, bununla belə bir sıra məsələlərdə fikir ayrılıqlarının qaldığını deyib. Məsələn, Gürcüstandakı vəziyyətlə əlaqədar.
İyunun 24-də iki ölkə prezidenti Vaşinqtonda görüşüb. Daha sonra birgə mətbuat konfransı veriblər. ABŞ və Rusiya Qırğızıstana humanitar yardım məsələsini koordinasiya etməyə razılaşıblar.
Obama iki ölkənin terrorla mübarizə və kəşfiyyat sahəsində əməkdaşlığı genişləndirməyə razılaşdığını bildirib.