Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:28

Erməni qüvvələri cəbhə bölgəsindəki yaşayış məntəqələrini atəşə tutub


Ermənistanın silahlı qüvvələri ötən gecə Azərbaycan ordusunun mövqeləri ilə yanaşı yaşayış məntəqələrini də atəşə tutub.

Saat 00.00 radələrində Ağdamın işğal altında olan Gülçülük Sovxozu adlanan ərazidən Azərbaycan ordusunun həmin rayonun Çıraqlı kəndi ərazisindəki mövqeləri 2 saat ərzində fasilələrlə atəşə məruz qalıb.

ANS PRESS-in məlumatına görə erməni birləşmələri evləri və əkin sahələrini də atəşə tutub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.

Ümumilikdə isə erməni tərəfi son bir həftə ərzində Ağdamın üç yaşayış məntəqəsini, 8 saatdan çox atəş altında saxlayıb.

Evlərin əksəriyyətinin zədələndiyi xəbər verilir.

Həmçinin son bir həftədə Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli rayonlarının 15-dən artıq yaşayış məntəqəsi saatlarla iriçaplı silahlardan atəşə tutulub.

XS
SM
MD
LG