Keçid linkləri

2026, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:42

AŞPA-nın Azərbaycan üzrə yeni məruzəçisi seçilib

Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin iclasında AŞPA-da Azərbaycan üzrə dinlənəcək məruzə müzakirə edilib.

İclasda əsasən Azərbaycan üzrə məruzəçi Andres Herkelin hazırladığı hesabat və təklif edilən düzəlişlər müzakirə edilib.

Herkel Azərbaycan tərəfinin təklif etdiyi düzəlişlərin az olduğunu və ümumilikdə hesabatın ümumi məğzinə təsir göstərmədiyini deyir.

Andres Herkel bu düzəlişlərin əslində mayda Parisdəki iclasda müzakirə olunduğunu və bugünkü iclasda demək olar ki, yekdilliklə qəbul olunduğunu bildirib.

Həmçinin iclasda ispaniyalı deputat Pedro Aqramunt Fon de Mora Azərbaycan üzrə yeni həmməruzəçi seçilib.

Andres Herkelin məruzəçi kimi səlahiyyətləri bu gün sona yetir.


XS
SM
MD
LG