Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:03

50-dən çox çempion ali məktəbə imtahansız qəbul üçün müraciət edib


Ali məktəblərə imtahansız qəbul olunmaq üçün indiyədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) 50-dən çox dünya və Avropa çempionu, musiqi müsabiqələri üzrə 3, rəsm üzrə isə 1 nəfər qalib müraciət edib.

Komissiyadan APA-ya verilən məlumata görə, hazırda bu şəxslərin sənədləri yoxlanılır.

Araşdırmalarda idmançıların TQDK-ya təqdim etdiyi diplomların surətlərində göstərilən yarışların beynəlxalq əhəmiyyətli hesab edilib-edilməyəcəyi öyrəniləcək. Bunun üçün həmin idmançıların iştirak etdiyi yarışların siyahısı Gənclər və İdman Nazirliyinə göndəriləcək. Onların sənədlərinə idman sahəsi üzrə mütəxəssislər rəy verəcək.

Sənədləri müsbət qəbul edilənlər ali məktəblərin müsabiqədənkənar dövlət sifarişli plan yerlərinə yerləşdiriləcək.

Komissiyadan bildirilib ki, ali məktəblərə müsabiqədənkənar yerləşdirmə üçün iyunun 1-dən başlayan sənəd qəbulu sabah axşam yekunlaşacaq. Musiqi və rəsm sahəsi üzrə müraciət edənlərə III ixtisas qrupu üzrə imtahan başlayana - iyunun 4-nə, idmançılara isə IV qrup üzrə imtahanlar başlayana - iyunun 17-dək cavab veriləcək.

Ali məktəblərə imtahansız qəbul olmaq üçün indiyədək heç bir dünya fənn olimpiadası qalibi müraciət etməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG