Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Piter Semnebi Bakıya gələcək


Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi iyunun 29-da Bakıya səfər edəcər.

Səfərdə qarşıdan gələn parlament seçkiləri, Azərbaycanla Avropa Birliyini yaxınlaşdırmaq məqsədi güdən assosiativ saziş üzərində iş, regiondakı vəziyyət, Dağlıq Qarabağda cəbhə xəttində baş vermiş son silahlı insident müzakirə olunacaq.

Avropa Birliyinin xüsusi nümayəndəsinin Azərbaycan rəsmiləriylə enerji məsələlərini də müzakirə edəcəyi gözlənir.
XS
SM
MD
LG