Keçid linkləri

2026, 08 İyun, bazar ertəsi, Bakı vaxtı 19:09

Obama və Medvedev Vaşinqtonda görüşəcək

Rusiya və Amerika prezidentləri iyunun 24-də Vaşinqtonda görüşür. Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi görüşdə diqqət mərkəzində olacaq.

Dünən Rusiya prezidenti Dmitri Medvedev Kaliforniyanın «Silikon vadi»sində yüksək texnologiya rəsmiləri ilə görüşüb. «Cisco Systems» şirkəti Rusiyaya 1 milyard dollar sərmayə yatıracağını elan edib.

Medvedev San-Fransiskoda olarkən «Twitter» sosial şəbəkə saytının baş ofisinə də baş çəkib.
XS
SM
MD
LG