Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:01

Qazprom təhcizatı 15 faizdən çox azalda bilməz


Belarus bəyan edib ki, “Qazprom” müqavilənin şərtlərinə görə qazın həcmini 15 faizdən çox azalda bilməz.

“Qazprom” iki ölkə arasındakı mübahisəyə görə çərşənbə günü Belarusa verilən qazın həcmini 60 faizədək azaldıb.

İnterfaksın məlumatına görə Belarus isə buna cavab olaraq ərazisindən keçən tranzit kəmərdən qaz götürməyə başlayıb.

Qaz qıtlığına görə Belarusun bir sıra müəssisələri dayanmaq təhlükəsiylə üzləşib.

Rusiya qaza görə Belarusun ona 200 milyon dollar, Belarus isə Tranzit haqqına görə Rusiyanın ona təxminən o qədər borcu olduğunu iddia edir.
XS
SM
MD
LG