Keçid linkləri

2025, 18 May, bazar, Bakı vaxtı 08:15

Müxalifət Əli Həsənovu məyus edir


Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov
«Seçkidən əvvəl bəzi siyasi partiyalar və funksionerlər mütəmadi olaraq seçkilərin saxtalaşdırılması ilə bağlı ictimai rəyi çaşdıran fikirlər səsləndirirlər. Açığını deyim ki, biz bunlardan məyus oluruq».

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənovun sözlərinə görə, bu kimi addımlar Azərbaycanda seçki praktikasının təkmilləşdirilməsi, seçki institutlarının fəaliyyətinə yönəlmiş tədbirlərlə uyğunsuzluq təşkil edir:

«Belə fikirlərin heç bir əsası yoxdur».

Şöbə müdiri bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində bu il Azərbaycanda şəffaf parlament seçkiləri keçiriləcək:

«Seçkilərdə iştirak etmək istəyən hər bir namizədin, siyasi partiyanın, ictimai qurumun hüquqları təmin olunacaq. Seçki prosesinin şəffaflığının təmini üçün bütün müşahidə institutlarının, qrupların fəaliyyətinə hər cür şərait yaradılacaq».
XS
SM
MD
LG