Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 10:29

Belarus Rusiya qazının tranzitini dayandırıb


Belarus prezidenti Rusiya qazının tranzitinin dayandırılmasına dair göstəriş verib.

İki ölkə arasında qaz borcuna görə mübahisə yaranıb. Rusiyanın «Qazprom» şirkəti Belarusa qaz təchizatını iyunun 23-də daha 15 faiz azaldacağını açıqlayıb.

Şirkət Belarusun təxminən 200 milyon dollar borcunun olduğunu, ancaq mübahisəni həll etmək üçün heç bir addım atmadığını deyib.

Minsk isə öz növbəsində, Rusiyanın tranzitə görə, 200 milyon dollar borcu olduğunu bildirir.

Bu arada Avropa Komissiyası tərəfləri «müqavilə üzrə öhdəliklərinə» hörmət etməyə çağırıb.
XS
SM
MD
LG