Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:25

Rövşən Nəsirliyə qarşı fiziki təzyiq faktı araşdırılır


Baş Prokurorluq və Daxili İşlər Nazirliyi «Azadlıq» blokunun aksiyası zamanı saxlanan gənc fəal Rövşən Nəsirliyə qarşı fiziki təzyiq faktını araşdırmağa başlayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov «Turan» agentliyinə bildirib ki, ombudsman Elmira Süleymanovanın rəsmi müraciəti iyunun 22-də daxil olub və təhqiqat başlayıb.

Ombudsman aparatının nümayəndələri 15 sutka həbs cəzası alan Rövşən Nəsirli ilə görüşüb. Onun bədəninə və üzünə baxış zamanı müxtəlif xəsarətlər aşkar edilib.

Daxili İşlər Nazirliyi də məsələni araşdırır. Nəticələrin xidməti təhqiqatdan sonra açıqlanacağı bildirilir.
XS
SM
MD
LG