Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:55

Bu yay müharibə şayiələri niyə yayılmadı?..


Səkilərdəki kafelərdə şərab içən qızlar-oğlanlar, istidən qaçıb fontanlarda oynaşan uşaqlar, parklardakı skamyalarda şahmat oynayan qocalar...

Axır illərdə ilk dəfədir ki, Tbilisi sakinləri üçün yay müharibə olacağı haqda şayiələrlə müşayiət olunmur.

Bu yay 2008-ci ilin yayı ilə kəskin təzad təşkil edir. Iki il qabaq – avqustda Rusiya qoşunları Gürcüstana hücum etmişdi.

Keçən ilin yayında isə bir sıra gürcü siyasətçiləri proqnozlar verirdilər ki, rus qoşunları yenidən Gürcüstana girə bilər.

Gürcü rəsmiləri Amerikanın 2008-ci il müharibəsi zamanı rəsmi Tbilisiyə yetərincə dəstək verməməsindən narazı idilər. Baxmayaraq ki, ondan qabaq prezident Buş Gürcüstan rəhbərliyini tam dəstəklədiyini deyirdi.

İndi isə

GÜRCÜ SİYASƏTÇİLƏRİ YENİ AMERİKA PREZİDENTİ OBAMANI TƏRİFLƏYİRLƏR

ki, o, keçən il yeni müharibə haqda şayiələrə son qoydu, gərginliyi azaltdı və o vaxtdan bəri vəziyyətin sabitləşməsinə çalışır.

Gürcüstanın xarici işlər nazirinin müavini Giqa Bokeria deyir.

Moskvanın Domodedovo aeroportu. Konfliktdən sonra bağlanan Tbilisi-Moskva aviareysi bərpa olunub.
“Rusiya tərəfindən Gürcüstana geniş miqyaslı hücumun riski tam aradan qalxmasa da, xeyli azalıb.

Bu da Amerika administrasiyasının dəstəyi ilə baş verib”.

Bokeria deyir ki, bu həm də onunla bağlıdı ki, Obama 2009-cu ilin iyulunda Moskvaya səfər edərkən Gürcüstanın ərazi bütövlüyünü ilə bağlı mövqeyini aydın ifadə etdi – Gürcüstanın suverenliyini tam dəstəklədiyini dedi.

Yüksək səviyyəli Gürcüstan rəsmisi Azadlıq Radiosunun gürcü xidmətinə deyib ki, Obama Kremllə açıq danışıb - deyib ki, əgər 2008-ci ildə Amerikanın başı prezident seçkilərinə qarışmışdısa,

YENİ HÜCUM OLARSA VAŞİNQTON BİTƏRƏF QALMAYACAQ

Ağ evin sözçüsü isə belə bir xəbərdarlığın olub-olmaması ilə bağlı suala cavab vermək istəməyib - deyib ki, şəxsi söhbətlərlə bağlı şərh vermir.

Amma istənilən halda Tbilisidə insanlar indi özlərini daha təhlükəsiz hiss edirlər.

Siyasətçilər də düşünürlər ki, Vaşinqton ilə Moskva arasında Obama dövründə başlanan yaxınlaşma Gürcüstanın da xeyrinə olub.

Siyasi ekspert Giqa Zedania bunun səbəbini izah edir.

“Əgər Gürcüstana yenidən hücum edərsə, Rusiyanın itirəcəkləri şeylər olacaq.

Buş administrasiyasının mənfi cəhəti onda idi ki, o, Moskva ilə münasibətləri korlamışdı və Kremlə təsir rıçaqlarını itirmişdi.

İndi isə Obama administrasiyası bir sıra məsələlərdə Moskva ilə əməkdaşlıq etməyə başlayıb.

Kreml hansısa addım atmamışdan qabaq bu əməkdaşlığın pozulacağı təhlükəsini göz önünə almalıdır”.

Georgi Bokeria
Bu həftə Rusiya prezidenti Medvedev Amerikaya səfər edəcək.

RUSİYA ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATINA ÜZV OLMAĞA ÇALIŞIR

və bu işdə Amerikanın dəstəyinə ehtiyacı var. Medvedev Amerikanın sənaye mərkəzi Kaliforniyaya da gedəcək, oradakı biznesmenləri Rusiyanın yüksək texnologiyalar sektorunu modernləşdirmək üçün sərmayə qoymağa çağıracaq.

Amma bununla belə Medvedevə Gürcüstan məsələsi ilə bağlı da bir-iki söz deyilə bilər, bu da Rusiyanın Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya bölgələrini işğalını davam etdirməsi, orada qoşunlarının sayını azaltmaması ilə bağlı ola bilər.

Obamanın Rusiya üzrə məsləhətçisi Maykl Mak Fol bu günlərdə Vaşinqtondakı çıxışında deyib:

“Sual yarana bilər ki, Rusiya tərəfindən Gürcüstanın işğalına dinc formada son qoyulması, Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi Obama administrasiyasının xarici siyasətinin bir hissəsidirmi?

Əlbəttə! Bizim belə bir hədəfimiz var. Biz bu sahədə böyük irəliləyişə nail olmuşuqmu?

Mənim cavabım budur ki yox! Bu həqiqətdir.

Amma bizim məqsədimiz, strategiyamız var.

Və bu məsələni prezident Medvedevlə görüşdə qaldıracağıq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG