Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:37

62 ailənin qazı kəsilib


Lənkəran şəhərin mərkəzində 62 ailənin yaşadığı 7 binaya iki həftədir ki, qaz verilmir.

Lənkəran şəhər sakini Yadıgar Sadıqovun dediyinə görə, onlar odunla soba yandırmaq məcburiyyətində qalıblar. Onun sözlərinə görə, bu barədə dəfələrlə Lənkəran şəhər Qaz İstismar İdarəsinə müraciət olunub, lakin sakinlərin şikayətinə baxmırlar.

Lənkəran Qaz İstismar İdarəsinin rəisi Xalid Rzayev AzadlıqRadiosuna bildirib ki, 60-cı illərdə bu binalara qaz xətti çəkiləndən sonra sakinlər tərəfindən əlavə tikinti işləri görülüb. Nəticədə qaz xətti qapalı vəziyyətə düşüb:

“Bu da yaşayış üçün təhlükə törədir. 2 ay bundan əvvəl sakinlərə qazın kəsilməsi ilə bağlı xəbərdarlıq edilib. Sakinlər öz xərcləri hesabına qaz xəttini lazımı yerdən çəkməlidirlər. ”Azərqazla” hazırda məsləhətləşmə gedir. Bu yaxınlarda problem öz həllini tapacaq”.

Lənkəran rayonunda 82 kənd olsa da, bunlardan yalnız 6-sında qaz var. 1995-ci ilə kimi isə 35 kənddə mavi yanacaq verilirdi. Hazırda rayonda 13 min 148 nəfər abonent var. Əvvəlki illərdə bu rəqəm 34 min 500 olub.

Xalid Rzayevin sözlərinə görə, şəhərin 20 kilometr boyunca qaz xətləri təmir olunacaq. Təmirdən sonra Lənkəran şəhərinin əhalisi qazla tam təmin olunacaq.
XS
SM
MD
LG