Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb. Məlum olub ki, iyun ayının ikinci ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının birinci ongünlüyünə nisbətən 61 m3/san azalıb, 432 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.