Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:53

Terrora cəhd edən ittihamları qəbul edib


Nyu-Yorkun Tayms meydanında partlayıcı ilə dolu avtomobillə terror törətməyə cəhd etmiş Feysəl Şahzad ona qarşı irəli sürülmüş 10 ittihamın hamısı üzrə özünü təqsirli bilib.

Paksitanda doğulmuş Şahzad Amerika vətəndaşlığını ötən il qəbul edib. O, bu ilin mayın 1-də Tayms meydanında terror törətməyə cəhd eləmişdi. Oktyabrın 5-də keçiriləcək məhkəmə iclasında ona ömürlük həbs cəzasının veriləcəyi gözlənilir.
XS
SM
MD
LG