Qırğızıstanın cənubunda qırğızlarla etnik özbəklər arasında baş vermiş qanlı toqquşmalarda ölənlərin sayı 200 nəfərə çatıb. 2000 adam isə yaralanıb. Bu haqda Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qırğızıstan-Özbəkistan sərhədində vəziyyətin sabitləşdiyi bildirilir. Artıq 7 min özbək qaçqını öz evinə qayıdıb.
Bu gün səhər Qırğızıstanın müvəqqəti hökumətinin başçısı Roza Otumbayeva Cəlalabada gəlib. Oş və ətraf yaşayış məntəqələrində fövqəladə vəziyyət rejimi isə iyunun 25-ə qədər uzadılıb.