Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Klintonla Lavrov Qırğızıstandakı vəziyyəti müzakirə ediblər


ABŞ dövlət katibi Hillari Klintonla Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qırğızıstandakı etnik zorakılıq və davam edən gərginliklə bağlı narahatlıqlarını bölüşüblər. Onlar qarşıdan gələn referendumun ölkənin suveren işi olduğuna və hakimiyyəti həmin referendumun beynəlxalq standartlara uyğun keçirməyə həvəsləndirməklə bağlı razılığa gəliblər.

Bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli məlumat verib. O deyib ki, rəsmilər həmçinin Qırğızıstana humanitar yardım göstərərkən öz fəaliyyətlərini əlaqələndirmək məsələsini müzakirə ediblər.

XS
SM
MD
LG