Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 06:55

Braziliya 1/8 mərhələyə çıxan ikinci komanda oldu


Futbol üzrə dünya çempionatında dünən Braziliya Kot D`İvuarı 3-1 hesabı ilə məğlub etməklə vaxtından əvvəl 1/8 mərhələyə çıxan ikinci komanda oldu. Bundan əvvəl Hollandiya komandası növbəti mərhələdə yerini təmin etmişdi.

Fransa yığmasında isə qarmaqarışıqlıq davam edir. Hücumçu Nikola Anelkanın heyətdən çıxarılmasına etiraz əlaməti olaraq komanda dünən məşqə çıxmaqdan imtina edib.

Fransa son oyunda Meksikaya 0-2 hesabı ilə məğlub olduqdan sonra Anelkanın baş məşqçini kobud sözlərlə təhqir etdiyi bildirilir.

XS
SM
MD
LG