Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:07

Fabio Kapello istefa verə bilər


İngiltərə yığmasının məşqçisi Fabio Kapello bildirib ki, komanda dünya çempionatının qrup mərhələsindən çıxa bilməsə, istefa verəcək.

Bunu "News Of The World" qəzeti yazır.

Qəzet yazır ki, qrupda ilk 2 oyunu heç-heçə oynayan İngiltərənin Sloveniya ilə oynayacağı son matç Kapellonun baş məşqçi kimi taleyinə aydınlıq gətirəcək.

Qeyd edək ki, İngiltərənin Futbol Federasiyası ayın əvvəlində Kapello ilə 2012-ci ilədək müqavilə imzalayıb.
XS
SM
MD
LG