Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Dekabr, şənbə, Bakı vaxtı 21:01

Həlak olmuş Azərbaycan əsgəri dəfn olundu


Erməni qüvvələrinin hücumunun qarşısını alarkən həlak olmuş Azərbaycan əsgəri Mübariz Ağakərim oğlu İbrahimov bu gün torpağa tapşırılıb.

O doğulduğu Biləsuvar rayonunda dəfn olunub.

Qeyd edək ki, erməni silahlı qüvvələri Tərtərin Çaylı kəndi istiqamətində, Ağdamın işğal altındakı Yusifcanlı kəndindən Ağcabədi rayonunun Yuxarı

Qiyaməddinli və Mirzəhaqverdilər kəndləri və həmin ərazilərdəki mövqelərimizi intensiv atəşə tutublar.

Ermənistan tərəfinin yaydığı rəsmi məlumata görə isə, Azərbaycan Ordusunun həmin istiqamətdə açdığı atəş nəticəsində 4 erməni hərbçisi ölüb, 4-ü isə yaralanıb.
XS
SM
MD
LG