Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:57

Cundallah qrupunun lideri İranda edam edilib


İranda radikal sünniləri birləşdirən “Cundallah” ( Allahın əsgərləri) qrupunun lideri Əbdülmalik Riqi edam edilib.

İRNA agentliyi onun asıldığını xəbər verir.

O ötən ilin fevralında Dubaydan Qırğızıstana gedərkən həbs olunmuşdu.

Əbdülmalik Riqi qətllər törətmək ,silahlı qarətçilik, hərbçilər, polis və dinc sakinlərə hücumlarda təqsirli bilinib.

İranın Sistan və Bəlucistan əyalətlərində huquq mühavizə orqanlarının əməkdaşlarına edilmiş hücumlara görə cavabdehliyi “Cundallah” qrupu üzərinə götürüb.

XS
SM
MD
LG