Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:57

Magistraturalara qəbul imtahanının ikinci mərhələsi keçirilir


İyunun 20-i Bakı və Naxçıvan şəhərlərində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, imtahanda 6613 bakalavrın işirakı gözlənilir. Onlardan 5752 nəfəri Azərbaycan bölməsinin, 861 nəfəri isə rus bölməsinin məzunudur. Ən yaşlı bakalavrın 49, ən gəncinin isə 19 yaşı var.

Qəbul imtahanı Bakı şəhərində 9, Naxçıvan şəhərində 1 binada keçirilir. İmtahanın idarə olunması üçün 45 imtahan rəhbəri, 410 nəzarətçi-müəllim cəlb olunub.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 22-dən 25-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimi apara bilərlər.

Bu il qəbul aparılan ixtisaslaşmalar üçün ayrılmış yerlərin ümumi sayı 5252-dir. Bunlardan 2071-i dövlət sifarişi ilə qəbul aparılan ixtisaslardır.
XS
SM
MD
LG