Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:35

Polşada prezident seçkiləri keçirilir


Bu gün Polşada vaxtındanəvvəl prezident seçkiləri keçirilir.

Qeyd edək ki, keçmiş Polşa prezidenti Lex Kaçinski və 95 adam Aprelin 10-da Smolensk ətrafında təyyarə qəzasında həlak oldular.

Əsas mübarizənin hakim “ Vətəndaş platforması” partiyasının lideri, prezident əvəzi Bronislav Kamarovskiylə mərhum Kaçinskinin doğma qardaşı mühavizakar
Yaroslav Kaçinski arasında olacağı gözlənilir.

“Reç Pospolita” qəzetinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə Polşanın Avropaya daha çox inteqrasiyasının tərəfdarı olan Kamarovskiyə təxminən 42,

Kaçinskiyə isə 31 faiz seçici səs verəcək.

Namizədlərdən heç biri 50 faizlik həddi keçə bilməsə, ikinci tur keçiriləcək.

Təkrar seçkilər ilkin olaraq iyulun 4-nə təyin edilib.
XS
SM
MD
LG