Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 09:36

BMT dünya ölkələrini Qırğızıstana yardım etməyə çağırır


Etnik özbəklər sərhədi keçirlər, 17 iyun 2010
Etnik özbəklər sərhədi keçirlər, 17 iyun 2010
BMT-nin Baş katibi Pan Ki Mun dünya dövlətlərini Qırğızıstana humanitar böhranla mübarizə üçün 71 milyon dollar yardım etməyə çağırıb.

Ötən həftə Qırğızıstanın cənubunda etnik iğtişaşlar zamanı 2 minə yaxın insanın öldüyü ehtimal olunur, minlərlə adam yaralanıb.

Pan Ki Mun zorakılıqlar zamanı təxminən 400 min insanın ev-eşiyini tərk etdiyini bildirib:

«300 minə yaxın insan öz evlərini tərk etməyə məcbur olub və 100 minə qədəri Özbəkistana qaçıb. Onların təxminən 80 mini düşərgələrdə yerləşdirilib. On minlərlə insan sərhəddə gözləyir».

Qırğızıstan-Özbəkistan sərhədi boyunca salınan çadırlarda məskunlaşan özbəklərin qida və təmiz suya kəskin ehtiyacı var. Özbəklərin bir hissəsi Qırğızıstana, evlərinə qayıtsalar da, əksəriyyəti geri qayıtmaqdan ehtiyatlanır.

Qırğızıstanda səfərdə olan BMT-nin humanitar məsələlər üzrə koordinatoru Con Holms gördüyü zorakılıqlardan sarsıldığını deyib.

Oşun mərkəzi
Zorakılığın mərkəzi hesab olunan Oş Qırğızıstanın ikinci ən böyük şəhəridir. Atışma başa çatsa da, sakinlərin çoxu, xüsusilə də özbəklər sığınacaqlarını tərk etməkdən ehtiyatlanır.

Oş şəhərinə ezam olunan AzadlıqRadiosunun əməkdaşı Bryus Pannier bildirir ki, insanlar çölə çıxıb danışmaqdan belə qorxur:

«Şəhərin ətrafında bir çox yer yandırılıb, dağıdılıb. Özbəklər çox narahatdırlar, çünki buradakı əsgərlərin hamısı qırğızlardan ibarətdir. Özbəklər polis ya da ordudan hər hansı yardım ala biləcəyini düşünmür».

Oşda qida da çatışmır. Bu, əsasən özbəklər arasında hiss olunur. Özbəklər qırğızların dükanlarına getməyə qorxurlar. Bryus Pannier Oşda bir neçə gündür aclıq çəkən, bazara getməkdən çəkinən özbəkləri gördüyünü deyir.

Ötən həftə zorakılıqlar zamanı yaralananların cüzi bir hissəsi tibbi yardım ala bilib.

Yandırılan özbək məktəbi
Özbəklər iğtişaşların təkrarlanacağından ehtiyatlanırlar. Çünki müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva sakinlər tərəfindən qurulan postların yığışdırılacağını bildirib.

Oş şəhərinin meri də xəbərdarlıq edib ki, sabah axşama kimi postlar yığılmazsa, əraziyə əsgər göndəriləcək.

Hazırda Qırğızıstanda səfərdə olan ABŞ Dövlət katibinin köməkçisi beynəlxalq aləmi iyunun 20-də baş verən iğtişaşları araşdırmağa çağırıb.

Bir çox şahidlər insidentin quraşdırıldığını, zorakılıqları qırğız ordusunun təşkil etdiyini deyir.

ABŞ Dövlət katibi Hillari Klinton baş verənlərin arxasında devrilmiş prezident Bakiyevin dayana biləcəyini istisna etməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG