Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Budəfəki aksiyada daha çox adam saxlanıb


Polis Azadlıq Blokunun Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməsinə imkan verməyib.

Bunaya yaxınlaşmaq istəyən aksiya iştirakçıları zorla avtobuslara doldurularaq polis bölmələrinə aparılıblar.

Aksiyaçılar «Azadlıq!», «İstefa!», «Azad seçki!» şüarları səsləndiriblər.

AXCP sədri Əli Kərimli aksiyanı baş tutmuş hesab edir.

Məlumatlara görə bu dəfə daha çox adam saxlanıb.

Əli Kərimlinin sözlərinə görə təkcə 8-ci polis bölməsinə 64 aksiyaçı aparılıb.
18 nəfər isə naməlum istiqamətdə aparılıb.

Əli Kərimli tələbləri yerinə yetənə kimi aksiyaların davam etdirilcəyini deyib.

DIN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə AzadliqRadiosuna bildirib ki, aksiya icazəsiz oldugundan Səbayel rayon polis idarəsinin əməkdaslari onun qarsisini aliblar.

Aksiya zamanı bir qrup adam saxlanılıb və hazirda araşdırma aparılır.
XS
SM
MD
LG