Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 10:09

BP əməliyyat rəhbərini dəyişdi


BP şirkəti Meksika körfəzindəki qəzanın aradan qaldırılmasıyla bağlı əməliyyatın rəhbərini dəyişib.

Şirkətin baş direktoru, ingiltərəli Toni Heyvordun əvəzinə bu işlə icraçı diroktor amerikalı Bob Dadli məşğul olacaq.

Bunu cümə günü şirkətin rəhbəri Karl Henrik Svanberq bəyan edib.

Qəzayla bağlı araşdırma aparmış amerikalı konqresmenlər bundan bir gün öncə Heyvordu kəskin tənqid eləmişdilər.

Bu ilin aprelində Meksika körfəzindəki neft platformasında baş vermiş qəza, Birləşmiş Ştatların tarixində ən böyük ekoloji təhlükəyə çevirilib.

Mütəxəssislərin fikrincə gün ərzində dənizə 60 min barelədək neft axır.
XS
SM
MD
LG