Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:16

Prezidentə mədhiyyə


«Nəvə babanın arzularını çin edir»
Kitab 12 məqalədən, girişdən, nəticədən ibarətdir. Məqalələrin müəllifi Tacmamed Jurbekovdur. Bu məqalələri o 2007-ci ilin oktyabrından 2009-cu ilin noyabrına qədər olan dövrdə yazıb. Bütün məqalələr Türkmənistanın şanlı oğlu, türkmən intibahının lideri, dahi insan, öz xalqının taleyinə görə məsuliyyət daşıyan prezident Qurbanqulu Berdmuhammedova həsr olunub.

Kitabda yazılır ki, «Türkmənistanın tarix 5000 il əvvələ gedib çıxır. Kitab oxumaq həmişə türkmənlərdə məşhur ənənələrdən olub. Bunu dünyada hamı bilir», - Jurbekov yazır.

«RUHNAMƏ» YADDAN ÇIXDI

Vaxtilə Türkmənistanda «Ruhnamə» adlı kitab vardı. Yeni kitabda isə türkmənlərin stolüstü kitabı olan «Ruhnamə» və Saparmurad Niyazov haqqında bir kəlmə də yoxdur. «Ruhnamə»ni 2006-cı ildə vəfat etmiş Türkmənistanın avtoritar prezidenti Saparmurad Niyazov yazmışdı. Həmin kitab türkmən ənənələrinin izahından ibarət idi. «Ruhnamə» bütün məktəblərdə tədris olunurdu. İndi isə belə çıxır ki, türkmənlər üçün sanki belə bir kitab olmayıb. Sanki Türkmənistanda baş verənlər Berdmuhammedovun adı ilə bağlıdır.

Hər şey, hətta Türkmənistanın neytrallıq siyasəti də Berdmuhammedovun nailiyyəti kimi qələmə verilir:

«5000 illik tarixi olan türkmən xalqı bu yaxınlarda Qurbanqulu Berdmuhammedovu prezident seçdi. Türkmən xalqı çox doğru bir seçim edib. Türkmənistan bütü dünyada sabitlik, firavanlıq, sülh üçün bir cənnətdir. Bizim görkəmli prezidentimiz Qurbanqulu Berdmuhammedov xalqımızın böyük oğlu, dahi lider, çox qısa zamanda dünyada böyük nüfuz qazanıb. Onun bu nüfuzu və hörməti ilahidən
Qurbanqulu Berdmuhammedov sirkdə at belində
gəlir».

XALQIMIZIN MÜDRİK PREZİDENTİ


Sirklərlə bağlı kitabda göstərilir ki, «xalqımızın müdrik prezidenti uzun illər mövcud olmayan sirk mədəniyyətini yenidən dirçəltmişdir». Ancaq oxucuya sirkin niyə görə olmadığı, nə üçün qadağan olunmasının səbəbi izah olunmur (sirki Niyazov qadağan etmişdi) Kitabdan belə çıxır ki, sanki Türkmənistanda 1991-ci ildən 2006-cı ilə qədər bir dövr – Niyazov dövrü olmayıb.

Kitabın hər səhifəsi mədhiyyələrlə doludur:

«Bizim ölkəmizin prezidenti təkcə xəstəni müalicə edən həkim deyil. Həm də bütün xalqın taleyi ilə bağlı məsuliyyəti üzərinə götürmüş dahi bir insandır, böyük şəxsiyyətdir. Ən əsası o bütün xalqın sağlamlığına görə məsuliyyəti üzərinə götürmüş dahi şəxsiyyətdir».

Jurbekova görə, prezident Allahdır. Elə bir idealdır ki, müəllif onun ayaq izlərini belə öpməyə hazırdır. Prezidentin dediyi hər bir adi, mənası söz belə Jurbekovu vəcdə gətirir.

«5000 illik tarixi olan türkmən xalqı bu yaxınlarda Qurbanqulu Berdmuhammedovu prezident seçdi»
Məsələn, «prezident ədəbiyyat haqqında belə deyir. Mən inanıram ki, bədii ədəbiyyat təkcə insanların sağlamlığı üçün yox, həm də bütün cəmiyyətin sağlam inkişafı üçün vacibdir». Jurbekov yazır, bəli, ədəbiyyat, kitab və xalqın sağlamlığı – necə də böyük harmoniyadır.

PREZİDENTİN ANASI HAMININ ANASIDIR

Müəllif Berdmuhammedovun anası haqqında isə bunları yazır: «Bu mərhəmətli qadın bütün türkmənlərin müqəddəs anasıdır. Onun qarşısında baş əymək müqəddəs borcdur».

Kitab 3 dildə - türkmən, rus, ingilis dillərində çap olunub. Ehtimal olunur ki, alman və çin dillərində də çap olunacaq. Kitabın redaktoru Prezident Administrasiyası rəhbərini müavini Viktor Xramovdur. O vaxtilə Niyazov şəxsiyyətinə pərəstişin ideoloqu olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG