Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Nazirlik 7 hərbçinin öldüyünü təkzib edir


Müdafiə Nazirliyi ölkədəki hərbi hissələrdən birində əsgərlər arasında atışma və 7 əsgərin ölümü ilə bağlı yayılan məlumatları təkzib edir.

Nazirliyin iyunun 18-də yaydığı məlumatda deyilir ki, «Bizim Yol» qəzetinin 18 iyun tarixli sayında «Hərbçilər arasındakı atışmada 7 nəfər ölüb» başlıqlı yazdakı məlumatlar şayiədən başqa bir şey deyil.

“Necə mümkündür ki, bu miqyasda hadisə baş versin və Müdafiə Nazirliyi konkret münasibət bildirməsin. Biz bunu təxribat kimi qiymətləndiririk”-deyə nazirliyin məlumatında bildirilir.

“Bizim yol” qəzetinin yazdığına görə, Füzuli rayonundakı «N» saylı hərbi hissədə hərbiçilər arasında atışma olub, 7 hərbçi ölüb, bir neçə hərbçi yaralanıb.

XS
SM
MD
LG