Keçid linkləri

2025, 20 Dekabr, şənbə, Bakı vaxtı 12:50

Konqresmenlər BP-nin icraçı direktorunu tənqid ediblər


Amerikalı konqresmenlər BP-nin icraçı direktoru Toni Heyvordu Meksika körfəzində baş vermiş fəlakətə görə məsuliyyəti üzərinə götürmədiyinə görə tənqid ediblər.

Neftin körfəzə axdığı 2 ay ərzində Heyvord ilk dəfədir ki, Konqresdəki dinləmələrə qatılıb. Konqresmenlər tərəfindən ciddi sorğu-suala tutulan BP rəsmisi israrla bildirib ki, təhqiqat başa çatmayana qədər qəzanın təfərrüatları haqqında danışmayacaq.

XS
SM
MD
LG