Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 16:16

Azərbaycan ordusunun daha bir əsgəri həlak olub

Azərbaycan ordusunun daha bir əsgəri cəbhə bölgəsində həlak olub.

Ermənistanın silahlı qüvvələri İyunun 16-da Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli kəndi ərazisindən Azərbaycan ordusunun Alxanlı kəndindəki mövqelərini atəşə tutublar.

Nəticədə əsgər Yusifov Xan Əsgər oğlu kürək nahiyəsindən aldığı güllə yarasından keçinib.

O Şəki rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmışdı.
XS
SM
MD
LG