Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:25

Neft Fondu məcburi köçkünlərə əlavə vəsait verəcək


Bu il Neft Fondundan məcburi köçkünlərlə bağlı əlavə vəsait ayrılacaq. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov:

«Bu il 80 milyon dollar vəsait ayrılıb. Ancaq güman edirik ki, əlavə vəsait də ayrılacaq. Çünki yataqxanaların köçürülməsi, Ağdamda qəsəbə salınmasına başlanması kimi əlavə tapşırıqlar olub. Ona görə ola bilsin, bu il 100 milyondan yuxarı vəsait olacaq».

Əli Həsənov deyir ki, yeni yaşayış yerlərinə köçürülməsi planlaşdırılıan məcburi köçkünlər narahat olmasınlar. Onlara mənzil veriləndə hər bir ailə ayrıca nəzərə alınacaq.
XS
SM
MD
LG