Keçid linkləri

2017, 19 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:55

Müharibə Azərbaycana 70 milyard ziyan vurub


Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov
Müharibənin Azərbayana vurduğu ziyan Ermənistana vurduğu ziyandan 100 dəfə çoxdur.

Bu fikirləri Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyunun 17-də jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, indiki hesablamalara görə, müharibədə Azərbaycana 70 milyard manatadək ziyan dəyib.

Bu hesablamalar torpaqlar işğaldan azad olunandan sonra yenidən aparılacaq və dəyən ziyan dəqiqləşdiriləcək.

Komitə sədrinin sözlərinə görə, dəyən ziyanlarla bağlı ermənilərin və azərbaycanlıların Avropa Məhkəməsinə müraciətlərinə reaksiya da Azərbaycana daha çox ziyan dəydiyini təsdiqləyir.

O bildirib ki, ermənilərin bu instansiyaya müraciətindən sonra azərbaycanlıların kütləvi şikayətləri ilə üzləşən Avropa Məhkəməsi də gerçəkliyi anladığı üçün bu işə baxmağı dayandırıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG