Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:05

Nelson Mandela ictimaiyyət qarşısına çıxıb


Cənubi Afrikanın ilk qaradərili prezidenti Nelson Mandela Yohannesburqda nəvəsinin dəfnində iştirak edib.

13 yaşlı Zenani Mandela Futbol üzrə Dünya Çempionatının açılışı ilə bağlı konsertdən sonra avtomobil qəzasına düşərək ölüb.

Səhhəti zəif olan 91 yaşlı Nelson Mandela ictimaiyyətə çox nadir hallarda çıxır.

O, nəvəsinin ölümündən sonra çempionatın açılış mərasiminə qatılmaqdan imtina edib.
XS
SM
MD
LG