Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

İsrail Qəzzanın blokadasını yüngülləşdirib


İsrail hökuməti iyunun 17-də Qəzzada torpaq blokadasını yüngülləşdirməyə səs verib. Bunula da Həmasın idarə etdiyi əraziyə daha çox malın daxil olmasına icazə verilib.

Bu barədə İsaril baş naziri Benyamin Netanyahunun ofisinin yaydığı məlumatda deyilir. Bəyanata görə, İsrail Qəzzaya daxil olan məhsulların siyahısını genişləndirib, artıq tikinti materialları da Qəzzaya keçirilə bilər.

Mayın 31-də İsrail hərbçilərinin Qəzzaya humanitar yardım daşıyan gəmisinə hücumu beynəlxalq ictimaiyyətin tənqidi ilə qarşılanıb. Həmin insidentdə 9 türk hərbçi ölüb.
XS
SM
MD
LG