Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Nardaranlılar növbəti aksiyaya hazırlaşır


Bakı Dairəvi Yolun çəkilişinə görə mülkləri sökülən sakinlər kompensasiya tələb edirlər. Onlar iyunun 21-də Nardaranda əsas yolu kəsərək, aksiya keçirmək istəyir.

Bakı və Bakı Kəndlərinin Hüquqlarını Müdafiə Komitəsinin sədri Rasim Əlizadə AzadlıqRadiosuna deyib ki, hüquqları bərpa olunana qədər etirazlarını davam etdirəcəklər:

«Ya hər bir vətəndaşla hesablaşıb kompensasiyanı ödəsinlər, əks təqdirdə bizim Nəqliyyat, Maliyyə Nazirliyinə keçəcək bir qarış da torpağımız yoxdur. Plana düşən mülklərin qiymətləndirilməsi bazar qiymətləri ilə hesablanır. Mülklərin qiymətləndirilməsində razılığa gəlmək üçün hər bir kənddən iki ağsaqqal seçiblər. Bu ağsaqqalların kimliyindən bizim xəbərimiz yoxdur. Nəyə görə, əmlak mənim ola-ola hansısa ağsaqqalla razılığa gəlirlər?»

Bakı Dairəvi Yolunun Nardaran qəsəbəsindən keçən hissəsində 105 nardaranlının mülkü plana düşüb.

Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi ilə bağlı komissiya yaradılıb. Lakin kompensasiyanın ödənilməsi qeyri-müəyyən səbəblərdən yubadılır.
XS
SM
MD
LG