Keçid linkləri

2025, 14 İyun, şənbə, Bakı vaxtı 08:45

Oş şəhəri qoşunların nəzarəti altındadır


Qırğızıstanın Oş şəhəri ölkə qoşunlarının nəzarəti altındadır. Cənubdakı bu şəhər iyunun 10-da qırğızlarla özbəklər arasında baş verən qanlı iğtişaşın mərkəzi olub. Həmin hadisədə 190-a yaxın adam ölüb, 2 minə yaxın yaralanıb.

Zorakılıqla üzləşən minlərlə özbək evlərini tərk edib Özbəkistana keçməyə çalışır. Özbəkistan prezidenti İslam Kərimov BMT baş katibi Ban Ki Munu təcili olaraq qaçqınlara yardım etməyə çağırıb.

BMT-nin qaçqınlar üzrə idarəsi iki humanitar yardım daşıyan təyyarənin Özbəkistanın şərqindəki Əndican şəhərinə endiyini bildirib.
XS
SM
MD
LG