Qaradağ rayon Məhkəməsində həbsdə olan jurnalist Eynulla Fətullayevin məhkəməsi keçirilib.
Jurnalist ona qarşı irəli sürülən ittihamı rədd edib.
Fasilədən sonra məhkəmə istintaqının yekunlaşdığı bildirilib.
Prokuror isə çıxış üçün iyunun 23-dək vaxt istəyib.
Qeyd edək ki, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə terrora çağırış və vergidən yayınma itihamları ilə 8 il yarım azadlıqdan məhrum edilib.
Bu yaxınlarda isə həbsxanada narkotik saxlama itihamı ilə ona qarşı daha bir cinayət işi qaldırılıb.
Jurnalist ona qarşı irəli sürülən bütün ittihamları rədd edir, həbsinin sifariş olduğunu deyir.