Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

11-cilərin imtahanı başa çatdı


İyunun 16-da Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin 11-ci siniflərində mərkəzləşdirilmiş buraxılış imtahanları başa çatıb.

89 mərkəzdə keçirilən imtahanlarda 30 min şagird iştirak edib. Onların 23 minə yaxını Bakı, qalanları isə Sumqayıt şəhər məktəblərinin şagirdləri olub.

İmtanaların nəticələri iyunun 18-dən sonra, 9-cu siniflərin verəcəyi imtahandan sonra aşıqlanacaq.

Buraxılış imtahanlarından keçənlər atestat və şəhadətnamələrini iyunun 25-ə qədər ala biləcəklər.
XS
SM
MD
LG