Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:40

Özbəkistan rəhbərliyi yalnız xəstə və yaralıları ölkəsinə buraxır


Qırğızıstanda 3 günlük matəmdir. Ölkənin cənubunda kütləvi insan tələfatına səbəb olan etnik toqquşmalara görə rəsmən matəm elan olunub.

Qırğızıstanın müvəqqəti hökuməti iyunun 10-da qırğız və özbəklər arasında toqquşma zamanı 180-dən artıq adamın öldüyünü bildirib.

Beynəlxalq müşahidəçilər isə ölənlərin sayının bir neçə yüz olduğunu deyir.

Bu iğtişaş, Mərkəzi Asiya ölkəsinin son 20 ildə üzləşdiyi ən pis zorakılıq hadisəsidir.

Bu arada Özbəkistan rəhbərliyi 75 mindən artıq qaçqının ölkəyə gəldiyini açıqlayıb. Hazırda Daşkənd sərhədində minlərlə adam yığılıb. Ölkəyə isə təkcə xəstə və yaralıları qoyurlar.
XS
SM
MD
LG