Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 07:56

Dövlət büdcəsində neftin baza qiymətinin 60 dollar götürülməsi təklif olunur


2010-cu ilin dövlət büdcəsinə dəyişikliklər layihəsində neftin baza qiyməti 60 dollar götürülüb.

İyunun 16-da Milli Məclisin İqtisadi siyasət komitəsində büdcəyə dəyişiklik müzakirə edilir.

Komitə üzvü Nazim Məmmədovun verdiyi məlumata görə hökumət bu dəfə də ehtiyatlı davranıb: “Hesab edirik ki, neftin baza qiyməti 70 dollar götürülsə daha yaxşı olardı”.

Dövlət büdcəsi tərtib olunarkən neftin baza qiyməti dünya bazarında kəskin ucuzlaşmaya görə 45 dollar götürülmüşdü.


Büdcəyə dəyişikliklər layihəsi prezidentdən gəlib.

Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirlərinin 1 490 mln. manat, xərclərinin isə 1 011,3 mln. manat artırılması təklif olunub. Gəlirlərin artımı Vergilər Nazirliyi və Dövlət Neft Fondundan transferlər hesabına formalaşacaq. Xərclərin əsas hissəsi Kür və Araz çaylarında təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirlərinin maliyyələşdirilməsi və gələcəkdə bu cür halların təkrarlanmasının qarşısının alınmasına, sosial sahəyə, elm, bədən tərbiyəsi, qalan hissəsi isə digər sahələrdə nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.

2010-cu il dövlət büdcəsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinə parlamentin iyunun 18-də keçiriləcək növbədənkənar iclasında baxılacaq. Həmin gün Seçki Məcəlləsinə əlavə və dəyişikliklər də müzakirə ediləcək.

XS
SM
MD
LG