Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:42

Britaniya 12 il sonra irlandlardan "Qanlı baza gününə" görə üzr istədi


Britaniyanıln Baş naziri Devid Kameron Şİmali İrlandiya tarixinə “Qanlı bazar günü” adıyla düşən qırğına görə irlandlardan üzr istəyib. 1972-ci il Yanvarın 30-da Britaniya qoşunları Şimali İrlandiyada dinc sakinlərə atəş açmışdı, nəticədə 13 dinc sakin həlak olmuşdu.

Olayla bağlı uzun müddət hazırlanan hesabatın təqdimatında Britaniya Baş naziri hökumətin o vaxtki addımını “ədalətsiz və anlamsız” adlandırıb. Kameron deyib ki, araşdırmalar sübut edib ki, o irlandlardan heç biri silahlı deyilmiş və əsgərlər də xəbərdarlıq atəşi açmayıblarmış.

Sözügedən 5 min səhifəlik hesabat 12 illik araşdırmaların nəticəsi kimi dərc edilib. bu itintaqa ümumilikdə 190 milyon funt (275 milyon dollar) xərclənib.
XS
SM
MD
LG