Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:10

İrlandya İsrail diplomatını ölkədən çıxarır


İranlandiya saxta passport qalmqalına görə İsrail diplomatını ölkədən çıxarır.

İrlandiyanın Xarici işlər naziri Maykl Martin bu gün bildirib ki, apardıqları araşdırma nəticəsində ölkə vətəndaşlarının passport məlumatlarının oğurlanmasında İsrailin Mossad casus agentliyinin əli olması sübut edilib və bu üzdən İsrail səfirliyinin diplomatını ölkədən çıxarırlar.

Yanvar ayında Dubayda Həmas liderlərindən Mahmud-əl Mahbuhu öldürülmüşdü. Dubay polisi hadisəni İsrailin Mossad təşkilatının agentlərinin törətdiyini bildirmişdilər. Bundan ötrü İsrail casuslarının iz azdırmaq üçün Avstraliya və Avropa ölkələrinə məxsus 32 saxta pasportla səyahət elədiklərini iddia eləmişdilər.
XS
SM
MD
LG