Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:51

Obama neft sızması ilə bağlı çıxış edəcək


Birləşmiş Ştatlar prezidentinin Meksika körfəzindəki neft sızması ilə bağlı iyunun15-də televiziya ilə çıxış edəcəyi gözlənilir.

Barak Obama 4-cü dəfə regiona səfər edib. İki ay ərzində Meksika körfəzində BP-nin qəzalı quyusundan yüz minlərlə barrel neft axıb.

Obama neft axıntısından ən çox ziyan çəkmiş Alabama, Missisipi və Florida ştatlarına baş çəkir.

Səfərin məqsədi neft axıntısının qarşısını almaq üçün British Petroleum şirkətinin səylərinin nə dərəcədə səmərəli olmasını öyrənməkdir.

Bu, ABŞ tarixində ən böyük ekoloji fəlakət hesab olunur.
XS
SM
MD
LG