
Onun sözlərinə görə, oyunçuların adlarının tələffüzünü dilçilərlə məsləhətləşirlər. Şərhçilik məsələsinə gəldikdə isə, R.Binnətli deyib ki, bu zövq məsələsidir:
«Yüzdəyüz hamı tərəfindən müsbət qəbul olunmaq mümkün deyil. Mən də o iddiada deyiləm ki, hamının zövqünü mütləq şəkildə oxşayım. Amma hesab edirəm ki, dilimizin gözəlliyini duyan və sevən insanların heç biri məndən narazı deyil».
Şərhçi onu bəyənməyənlərin olduğunu da deyib:
«Şərhçilər barəsində tənqidi fikirlər səsləndirənlər heç bir şeylə onu əsaslandıra bilmirlər».
Bəzən yanlışların da ola biləcəyini deyən Rövşən Binnətli bildirib ki, buna qərəzli şəkildə yanaşmaq lazım deyil.
/Hazırladı Kamran Mahmudov/