Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:45

Tehranın Qəzzaya yardım gəmisi yola çıxıb


Tehrandan verilən məlumata görə blokadada olan Qəzzaya yardım aparan ilk İran gəmisi iyunun 13-də yola çıxıb. Ikinci belə gəminin də iyunun 18-də yola düşməsi planlaşdırılır.

Mayın 31-də Qəzzaya yardım aparan gəmi karvanındakı Türkiyə gəmisinə İsrailinin hücumu nəticəsində doqquz nəfər həlak olub. Bu hadisəyə görə qalxmış beynəlxalq qalmaqal səngiməmiş Tehran gəmilərinin də yola çıxması əlavə bir qalmqaladan xəbər verir.

İsrail Qəzzanı nəzarətdə saxlayan Həmasın ona hücumlarını əsas gətirərək bu ərazini blokadada saxlayır, ona görə də gəmiləri yoxlamadan buraxmır.
XS
SM
MD
LG