Qırğızıstan hakimiyyəti son bir neçə gündə ölkənin cənubunda özbəklərlə qırğızlar arasında baş vermiş zorakılıqlarda həlak olanların sayının 124 nəfər, yaralıların sayının isə 1700 nəfərə çatdığını bildirir. Ağır yaralılar çox olduğundan ölənlərin sayı da durmadan artır.
Minlərlə özbək ölkəni tərk edir. BMT bildirib ki, Özbəkistana sığınan qaçqınlara yardım üçün xüsusi komanda göndərir. BMT bu ölkəyə 75 min adamın qaçdığını bildirir. Amma Özbəkistan rəsmiləri hələlik 45 min adamın qeydiyyatdan keçdiyini bildirir.