Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:45

KTMT Qırğızıstana müdaxilə yollarını müzakirə edir


Qırğızıstanın Səhiyyə Nazirliyi ölkədə özbəklərlə qırğızlar arasında etnik toqquşmada ölənlərin sayının 124 nəfərə, yaralıların sayının isə 1700 nəfərə çatdığını bildirir. Ağır yaralılar çox olduğundan həlak olanların sayı durmadan artır. Minlərlə özbək Qırğızıstanı tərk edir.

BMT-nin baş katibi Ban ki-Mun tərəfləri sakitliyə çağırıb. Avropa Birliyi ölkələrinin Xarici İşlər nazirləri tərəfləri dialoqa çağırıblar.

Qırğızıstanın Daxili İşlər Nazirliyi sakitliyin bərpa edilməsində onlara kömək edilməsini xahiş edib.

Moskva isə Qırğızıstanın Kant bazasındakı hərbçilərinin müdafiə edilməsi üçün ora 150 nəfərlik desant dəstəsi göndərib.

Qırğızıstanın da daxil olduğu Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı vəziyyətə müdaxilə etmək yollarını müzakirə etmək üçün iyunun 14-də axşam Moskvaya toplaşır.
XS
SM
MD
LG