Qırğızıstanda tələbələr arasında baş verən silahlı toqquşmada azərbaycanlı tələbələr yoxdur.
Azərbaycanın Qırğızıstandakı səfirinin müşaviri İlqar Cabbarov:
«Biz iki gündür araşdırma aparırıq. Qarşıdurmada azərbaycanlı tələbələr yoxdur. Azərbaycanlılar Bişkekin yaxınlığındakı Karst şəhərində daha kompakt yaşayırlar. Bu isə təhlükəni azaldır. Azərbaycanlı tələbələrlə və soydaşlarımızla daim əlaqə saxlayırıq, hələlik heç bir problem yoxdur».
İlqar Cabbarov deyir ki, əhalini əsasən Bişkek və onun yaxınlığındakı şəhərlərdə mühafizənin zəif olması narahat edir:
«Bişkeki mühafizə edən silahlı qüvvələr qarşıdurma baş verən Oş və Cəlilabad vilayətinə göndəriliblər. Bişkek və onun yaxınlığını mühafizə edənlər silahsız yerli əhalidir. Bu isə insanları çox narahat edir».
İyunun 10-u gecə Oş, Qarassu, Arava və Uzgen rayonlarında gənclər arasında baş verən dava sonradan qarşıdurmaya çevrilib.
Qırğızıstanın müvəqqəti hökuməti bildirib ki, baş verənlər millətlərarası münaqişə zəminində olub.
Xeyli sayda özbəkin yaşadığı Oş şəhərində bundan əvvəl fövqəladə vəziyyət elan olunub.
Fövqəladə vəziyyət 20 iyunadək qüvvədə olacaq.