Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:38

Bakıda 70-ə yaxın gənc yerə sərildi


Gənclər yerə sərildi
Gözlə
Embed

No media source currently available

0:00 0:05:07 0:00
Direct-ə keçid

FlashMob-Azərbaycan qrupu Bakıda ilk qeyri-adi aksiya təşkil edib. Aksiyada "Surroqatlar" filmindən bir parça göstərilib. (Video RATİ-nindir)

İyunun 13-də Bakının mərkəzində - Neftçilər prospektində Qız qalasının yaxınlığında 70-ə yaxın gənc eyni anda yerə uzanıb.

Bu, «FlashMob-Azərbaycan» adlı qrupun növbəti aksiya formatıdır. Aksiyanın ideyası «Surroqatlar» filmindəndir.

Təşkilatçılar deyirlər ki, bu flaş-mobla konkret mesaj ötürmək niyyətləri yoxdur: mesajı seyrçilər özləri çıxartmalıdır.

Bu filmdə hər kəsin öz robotu olur, adamlar evdə oturur, onların yerinə küçəyə ancaq robotlar çıxırlar, robotlar yaşayır. Şəhərin bütün sakinləri virtual həyat yaşayırlar.

Amma birdən filmin qəhrəmanı bütün robot sistemini söndürür, robotlar yıxılıb yerdə qalır. Və bir anda sanki bütün şəhər sönür.

Yalnız bundan sonra insanlar özləri evlərindən bayıra çıxmağa başlayırlar.

«FlashMob-Azərbaycan» qrupu internetdə yaradılıb, hər yeni aksiyanın elanı internetlə yayılır. Qaydalar və aksiyanın ssenarisi ilə tanış olan gənclər müəyyənləşdirilmiş vaxtda görüş yerinə toplaşırlar. Aksiyada iştirak edənlər adətən bir-birini tanımırlar.

Flaşmob – improvizə edilmiş, kollektiv bir oyun növüdür. Bu oyunun əsas məqsədi ətrafdakıların diqqətini absurd və qeyri-adi hərəkətlərlə cəlb etməkdir. Belə aksiyalar internetdə, sosial şəbəklər tərəfindən təşkil edilir.

Video RATİ-nindir.
XS
SM
MD
LG