Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:22

Qırğızıstanın cənubunda vəziyyət kritikdir


Qırğızıstanın cənubunda vəziyyət kritik həddə çatıb. Bu xəbərdarlığı Beynəlxalq Qızıl Xaç Komitəsi edib.

Rusiya Qırğızıstanın şimalındakı hərbi bazasının şəxsi heyətinin və avadanlığının təhlükəsizliyini təmin etmək üçün bu ölkəyə azı 150 desant göndərib. Bununla belə, Moskva Qırğızıstanın cənubunda sabitliyi bərqərar etmək məqsədilə hərbi qüvvə göndərmək niyyətində olmadığını bəyan edib.

Qırğızıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, son üç gündə baş vermiş toqquşmalar nəticəsində Oşda 92, Cələl-Abadda isə 21 nəfər olmaqla 113 nəfər həlak olub. 1400-dən artıq insan yaralanıb.

XS
SM
MD
LG